Tayvan Çinə məxsus 4 qırıcının hava sərhəddini pozduğunu açıqlayıb
Çin Xalq Azadlıq Ordusunun Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus 4 qırıcı Tayvan HHM qüvvələrinin görüntü sahəsinə daxil olub.
“Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Tayvanın Müdafiə Nazirliyi məlumat yayıb.
Məlumata görə, manevrlərdə 4 ədəd J-16 qırıcısı iştirak edib. Buna cavab olaraq Tayvan hərbçiləri radioxəbərdarlıq yayaraq zenit-raket komplekslərini hazır vəziyyətə gətiriblər.
XƏBƏR LENTİ
2025/11/19 14:22

