Türkiyədə hərbi hissədə partlayış baş verib, 2 nəfər yaralanıb
Türkiyənin Şırnak ərazisində Jandarm Komando Briqada Komandanlığında yanğın baş verib.
Musavat.com “Report”a istinadən xəbər verir ki, hadisəyə səbəb DM-16 işıqlandırma sursatının alışması və partlaması olub.
Yanğın nəzarət altına alınıb. Hadisə nəticəsində 2 nəfər yaralanıb, itki yoxdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

