1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq
“Martın sonunadək, təqribən 1 həftəyə Azərbaycanda maska istehsal edən müəssisə işə başlayacaq”.
“Minval.info” bildirir ki, bu sözləri Nazirlər Kabinetinin sözçüsü İbrahim Məmmədov deyib.
“Müəssisənin gündəlik maksimal istehsal gücü 200 min maskadır. Son 1 ayda Azərbaycanda ən çox maska satılan gün 200- 210 min ədəd olub. Odur ki, gündəlik 200 min maska istehsalı tələbatı ödəyəcək. Paralel olaraq idxal və depolarda ehtiyatlar da var”, – deyə Məmmədov əlavə edib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

