1 nəfər dənizdə batdı
Abşeron rayonunun Novxanı kəndində, dənizdə 1 nəfər batıb.
Bu barədə “Minval”a Fövqəladə Hallar Nazirliyindən bildirilib.
Xəbərə görə, FHN-nin “112” qaynar telefon xəttinə, Abşeron rayonunun Novxanı kəndində, dənizdə, qeyri-çimərlik ərazidə (nəzarətsiz) 1 nəfərin batması barədə məlumat daxil olub.
Nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.
XƏBƏR LENTİ
2025/11/19 14:22

