10 il əvvəl içki içdiyinə görə 80 dəfə şallaqlandı – FOTO
İranın Kaşmar şəhərində 24 yaşlı gənc 80 dəfə şallaqlanıb. Buna səbəb gəncin 14 yaşı olarkən toyda içməsi olub.
Minval.İnfo xəbər verir ki, hadisə dünya mediasında böyük səs-küyə səbəb olub. Beynəlxalq Əfv təşkilatı da bu aktı pisləyib.
İranlı rəsmilər isə oğlanın içki içdikdən sonra davaya qarışmasına görə cəzalandırıldığını deyib.
Qeyd edək ki, bu tip cəzalandırılmalar tez-tez həyata keçirilir və bu da benəlxalq təşkilatların hiddətinə səbəb olur.
Tamerlan
XƏBƏR LENTİ
2025/11/19 14:22


