“10 kişi də tapıb ərə getmək olar…”
“Ana övlada daha yaxındır. Əslində, ata və ananın borcudur ki, hər zaman övladının yanında olsun. Qadınlar, öz taleyiniz qırıldısa, qoyun qırılsın. Nə etmək olar? Heç kim sabahını sığortalamayıb. Amma xahiş edirəm, övladları qırmayın”.
“Qafqazinfo” xəbər verir ki, bu sözləri Xalq artisti Məleykə Əsədova “Bizimləsən” proqramında qonaq olarkən deyib. Məşhur aktrisa övladını ataraq yenidən ailə quran xanımlara müraciət edib:
“Onlar həyatdan uzaqlaşır, ürəklərinə ləkə düşür. Onsuz da sizin taleyiniz qırılıb, bir də övladlarınıza bunu yaşatmayın. Bu uşaqlar niyə atasız qalmalıdır? 10 kişi də tapıb ərə getmək olar. Amma canından olan övladı necə atıb başqasına ərə getmək olar? O, yad insandır. Bu zaman necə xoşbəxt olmaq olar? Belə şeylər mənə çatmır”.

