11 yaşlı Tufanın Şaxta Babaya məktubu hamını kədərləndirdi
Azyaşlı məktəblinin Şaxta Babaya məktubu çoxlarını kədərə boğub.
Minval.info xəbər verir ki, Masallı rayonunda yaşayan 11 yaşlı Tufanın yazdığı sözlər insanlar tərəfindən istifadəçilər tərəfindən sosial mediada paylaşılır. Belə ki, o, valideynlərinin ölümündən bəhs edib və kədərli olduğunu qeyd edib.
“Salam, Şaxta Baba. Mən bu il çox kədərliyəm. Çünki atandamdan sonra anamı da itirdim. Çox darıxıram. Bilirəm sən gətirə bilməzsən onları. Amma az da olsa, sevindirə bilərsən məni. Mən heç nə yazmıram. Sən nə istəsən gətirərsən” – 11 yaşlı Tufan yazıb.
Sözügedən məktub Güvən Xeyriyyə və Dostluq Cəmiyyətinin təşkil etdiyi “Şaxta baba sən ol!” layihəsi ilə bağlı göndərilib.
Cəmiyyət rəsmi sosial media hesabında bildirib ki, aksiya artıq 3 ildir həyata keçirilir.


