118 uşağı övladlığa götürən qadına 20 il həbs verildi
118 uşağı övladlığa götürməsi ilə tanınan çinli Li Yansya 20 il həbsə məhkum edilib.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, dələduzluqda ittiham olunan qadına 400 min dollar da cərimə verilib. Li ictimai asayişi pozmaq, şirkətlərin möhürlərini saxtalaşdırmaq, şantaj və böhtan maddələri üzrə ittiham olunub. Qadın 5 il müddətinə də bütün siyasi hüquqlarından da məhrum edilib. Bundan başqa, Yansyanın himayəsində olan uşaqlardan da sui-istifadə etdiyi məlum olub.
Li ilk uşağı 1996-cı ildə övladlığa götürüb. “Sevgi kəndi” adlı sığınacaq quran qadın 118 uşağı orada saxlayıb. Ancaq 2018-ci ildə məlum olub ki, artıq 4 ildir sığınacağın fəaliyyətinin araşdırılmasına icazə verilməyib və bu da qanunsuz fəaliyyət göstərməsi ilə bağlı şübhələr yaradıb.

