13 Yaşlı Aynura yardım EDƏK! – FOTOLAR
13 yaşlı Aynur Niyaməddin qızı Abdullayevaya ağır dərəcəli skolioz xəstəlikdən əziyyət çəkir.
Yaxınlarının minval.info-ya verdiyi məlumata görə, o, dörd yaşında olarkən bu xəstəliyinə tutulub. Artıq edilən müalicələr heç bir nəticə vermir. Bu ay üzlü qızcığaz təcili əməliyyat olunmalıdır. sağalmasına maddi cəhətdən gücü çatmayan Aynurun atası Niyaməddin Abdullayev bütün imkanları insanlardan ona köməklik göstərmələrini xahiş edir.
“Əl tutmaq, kömək etmək insan oğlunun bu yer üzərində görə biləcəyi ən vacib işdir. Heç də elə belə deyilməyib ki, “Əl tutmaq Əlidən qalıb”. Müqəddəs Kitabımız da bizi hər zaman xeyirxahlığa, bir-birimizə əl tutmağa, kömək etməyə səsləyir: “Vermək almaqdan daha çox xoşbəxtlik gətirir”, “Kiməsə kömək edəndə özünə kömək etmiş olursan!”, “Başqalarına kömək etmək xoşbəxtlik gətirir”. Əziz qardaş və bacılar, o xoşbəxtliyi yaşamağın vaxtıdır. Gəlin birlikdə ağır dərəcəli skolioz xəstəliyindən əziyyət çəkən 13 yaşlı Aynur Niyaməddin qızı Abdullayevaya yardım edək” – yaxınları bildirir.
Onların deyir ki, ötən illər ərzində bu balaca qızcığazın ailəsi çox çətinliklərə sinə gərib, imkanları yetərincə onun sağalmasına çalışıblar. Amma artıq maddi cəhətdən imkanları qalmayıb, demək olar ki, tükəniblər.
“Aynur Bakıda bir neçə xəstəxanada müayinə və müalicə olunub. Həkimlər deyib ki, təcili əməliyyat olunmalıdır. Amma əməliyyata gücümüz çatmır. Gözümüz görə-görə uşağımızın vəziyyəti günü-gündən pisləşir. Artıq xəstəlik uşağın daxili orqanlarını sıxır. Əməliyyat üçün 35-40 min manat pul lazımdır. Əməliyyatın Bakıda da keçirilməsi mümkündür.
Gəlin, birlikdə bu imkansız ailəyə kömək edək, bu balaca qızcığazın sağalmasına yardımçı olaq, unutmayaq ki, Allah bütün yaxşı əməlləri görür və hər bir xeyirxah iş görən insan mütləq mükafatlandırılacaq”.
Aynur Abdullayevaya kömək etmək istəyən şəxslər aşağıdakı bank hesabına pul köçürərək ona yardım əllərini uzada bilərlər:
Bank Respublika
Kod : 505668 VOEN: 9900001901
Əlaqə nömrəsi 055-761-22-73 Niyaməddin (atası)



