Azərbaycana təşəkkür edib, Ayselin ifası ilə coşdular – Video
Türkiyədə Cümhuriyyət Bayramı münasibəti ilə keçirilən konsertdə Azərbaycana təşəkkür edilib.
Minval.info xəbər verir ki, bayram İstanbulda böyük coşğu ilə qeyd edilib. Konsertin aparıcısı Azərbaycana xüsusi təşəkkür edib:
“Bu gün bizim Cümhuriyyət bayramımızdır. Bununla bağlı kiçik bir məsələni qeyd etmək istəyirəm. Qonşu və qardaş ölkə Azərbaycan bizim müstəqilliyimiz üçün əlindən gələn hər şeyi edib. Hətta, ciblərində olan beş-on qəpiyi belə Türkiyə üçün göndəriblər. Minlərlə azərbaycanlı müstəqilliyimiz üçün canını verdi. Buna görə də, Azərbaycana salam göndəririk. Biz bir millət, iki dövlətik!”.
Daha sonra müğənnimiz Aysel Əlizadənin “Yandırdın qəlbimi” mahnısı səsləndirilib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

