16 keçmiş polisə ölüm hökmü verildi
Hindistanda 1987-ci ildə ölkədə baş verən hadisələrə görə polislərə edam cəzası verilib.
Minval.info xəbər verir ki, “Haşimpura Qətliamı” adlanan olayda müsəlmanlarla hindular arasındakı münaqişə zamanı 42 müsəlmanın öldürülməsi ilə əlaqədar paytaxt Dehlidə məhkəmə prosesi keçirilib.
16 keçmiş polisə əliyalın insanları qəsdən öldürməkdə, adam qaçırmaqda, cinayət və dəlilləri yox etməkdə təqsirləndirilərək edam cəzası verilib.
Məhkəmədə bildirilib ki, polislər 42 nəfər müsəlmanı əlləri bağlı şəkildə yük maşınlarına mindirərək fərqli istiqamətlərə aparıb və onları qətlə yetiriblər.
Qətliamda günahlandırılan polislərin sayı əslində 19 nəfər olub, lakin baş verən münaqişələr zamanı 3-nün öldüyü deyilir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

