160 ildir cavabı tapılmayan riyazi məsələnin həlli var?
Riyaziyyat üzrə professor Maykl Atiyah riyaziyyat tarixinin ən böyük problemlərindən birini, tapdığı həll yoluyla yenidən gündəmə gətirib.
“Riyaziyyat elminin Nobeli” olaraq adlandırılan Abel Mükafatı və Fields medalına sahib olan Maykl Atiyah bazar ertəsi günü təqdim etdiyi həll yolunun təstiq və ya təkzib olunmasını gözləyir.
Sonuncu dəfə 2004-cü ildə ABŞ-lı riyaziyyatçı Luis de Branqes və 2015-ci ildə nigeriyalı Opeyemi Enlçun təqdim etdiyi həllər qəbul olunmamışdı.
Qeyd edək ki, 1859-cu ildə ortaya çıxan bu riyazi məsələnin həllini tapa bilənı 1 milyon dollar mükafat veriləcək.
Vüqar
XƏBƏR LENTİ
2025/11/19 14:22


