Moskvada 3 yaşlı uşaq hündürmərtəbəli binadan yıxılıb.
Axşam.az xəbər verir ki, o, evdə tək olub. Azyaşlı qız pəncərədən həyətə baxmaq istəyərkən müvazinətini itirib və yıxılıb. Dərhal xəstəxanaya çatdırılan körpənin vəziyyətinin ağır olduğu bildirilir.
Polis hadisə ilə bağlı araşdırma aparır.