17 yaşlı gənc özünü asdı
Neftçala rayonunda 17 yaşlı gənc özünü asıb.
Oxu.Az-ın bölgə müxbiri xəbər verir ki, hadisə bu gün axşam saatlarında rayonun Uzunbabalı kəndində baş verib.
Belə ki, kənd sakini, 2002-ci il təvəllüdlü Əzizov Samir Rahil oğlu yaşadığı evin həyətindəki damdan özünü asaraq intihar edib.
Hələlik intihar hadisəsinin səbəbləri məlum deyil.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

