19 yaşlı qız 7-ci mərtəbədən yıxılaraq öldü

19 yaşlı Natalie Cormack ( Natali Kormak ) ehtiyatsızlıq səbəbindən 7-ci mərtəbədən yıxılaraq ölüb.
Minval.İnfo Milli.Az-a istinadən xəbər verir ki, İspaniyada barda işləyən qız evə qayıdarkən açarı işdə qoyduğunu bilib. O, evinə girmək üçün rəfiqəsinin eyvanına çıxıb. Lakin əli sürüşən Natali 7-ci mərtəbədən aşağı düşüb. O, binanın birinci mərtəbəsində tikilən restoranın terrasına düşüb.
Onun həyatını xilas etmək mümkün olmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

