2 gənc əqli məhdudiyyətli qıza təcavüz edən zaman polis tərəfindən tutuldu – VİDEO
Türkiyənin Kocaeli şəhərində 2 oğlan 17 yaşlı əqli imkanları məhdud qıza təcavüz ediblər.
Minval.info Türkiyə mediasına istinadən xəbər verir ki, sakinlər binanın zirzəmisinə iki oğlan və bir qızın daxil olduğunu görüblər. Binada yaşayanlar şübhələnərək polisə məlumat veriblər.
Zirzəmiyə daxil olan polis iki manyakı iş başında yaxalayıb. 19 və 20 yaşında olan iki oğlan dindirilmə zamanı əməllərini boyunlarına alıblar. Ancaq onlar əqli imkanları məhdud qızın intim əlaqəyə razı olduğunu deyərək özlərinə haqq qazandırmağa çalışıblar.
Cinsi zorakılıqda təqsirli bilinən iki oğlan həbs edilib.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

