2 inəyin qurbanı olan 3 nəfər – Dəhşətli qəzanın GÖRÜNTÜLƏRİ
Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 177-ci kilometrliyində, İsmayıllının Eyyubbəyli kəndi ərazisində Göyçay rayon sakini 48 yaşlı Çingiz Eminov idarə etdiyi “Merсedes” markalı minik avtomobillə Bakıdan sərnişinləri rayona gətirərkən qəflətən yoluna çıxan 2 baş inəyi vurub.
Minval.info ARB TV-yə istinadən xəbər verir ki, nəticədə nəqliyyat vasitəsi aşıb.
Sürücü, sərnişinlərindən 26 yaşlı Bəyim Abışova və Bakı şəhər sakini Sona Məmmədi hadisə yerində ölüblər, digər 2 sərnişin isə xəstəxanaya yerləşdirilib.
Faktla bağlı Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

