2 uşaq anası olan qadın bacısı qızının əri ilə qaçıb… – VİDEO
Adanada yaşayan, iki dəfə evlənib ayrılan, iki uşaqlı 27 yaşlı qadın bacısı qızının ərinə qoşulub qaçıb.
21 yaşlı Sevgi adlı xanım 1 il əvvəl yemək şirkətində taksi sürücüsü işləyən 27 yaşlı Əmrah adlı oğlanla evlənib. Bir müddət əvvəl əri ilə dalaşıb Adanaya geri qayıdıb. Amma heç gözləmədiyi bir sonla qarşılaşıb.
Belə ki, ana yarısı bildiyi xalası hərəkəti ilə qızı dəhşətə gətirib. Sevgi, anası ilə bir müddət qaldıqdan sonra təsadüfən sosial şəbəkədə xalası ilə ərinin bir yerdə şəklini görüb. Bundan sonra xalasına zəng edən Sevgi “biz xoşbəxtik, sən öz halına yan” cavabını alıb.
“Onları süründürəcəm”
Son dövrdə ərinin qəribə hərəkətlərinə şahid olan Sevgi “mən Adanaya gəldikdən sonra xalam ərimin yanına qaçıb. Bu necə xaladır? Hələ utanmadan biz bir-birimizi sevirik deyir. Amma heç vaxt boşanmağa razılıq verməyəcəm. Onları süründürəcəm” – deyib.
Sevginin anası isə “bacımın etdiyi hərəkət çox utancvericidir”- deyib.
Minval.info

