2 uşaq atasının meyiti küçədən tapıldı – Azərbaycanda
Bu gün səhər saatlarında Salyan şəhəri, A.Ağazadə küçəsində yolun kənarından kişi meyiti tapılıb.
Minval.İnfo Virtualaz.org-a istinadən xəbər verir ki, cəsədin yaxınlıqdakı Q.Əsgərov küçəsindəki 61 saylı evdə yaşayan 1979-cu ildə anadan olmuş, iki azyaşlı uşaq atası Emin Vilayət oğlu Rzayevə məxsus olduğu məlum olub.
Meyitin ilkin müayinəsi zamanı üzərində zorakılıq əlamətləri aşkar edilməyib. Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

