LaLiqa tarixində ən gec qol vurulub

İspaniya çempionatının dördüncü turu çərçivəsində son çempion “Atletiko” “Espanyol”la qarşılaşıb.
“Minval.info” xəbər verir ki, matç gərgin mübariz ilə yanaşı, LaLiqa tarixində ən gec vurulan qolla yadda qalıb.
Belə ki, 2:1 hesabıyla madridlilərin qələbəsiylə bitən oyunda sonuncu qol 99-cu dəqiqədə (98:55) vurulub.
Havbek Toma Lemar “Atletiko”nun qələbəsini təmin edən qolu “Espanyol”un qapısından keçirib.
Mənbə: Sports.ru
XƏBƏR LENTİ
2025/11/19 14:22

