22 dəqiqəyə het-trik etdi, məşqçi oyundan çıxardı – VİDEO
Argentina millisi yoxlama matçında Meksikaya 4:0 hesabı ilə qalib gəlib.
Offsideplus.az xəbər verir ki, qollardan 3-nü 22 dəqiqə ərzində “İnter”in forvardı Lautaro Martinis vurub. O, 17, 22 və 39-cu dəqiqələrdə fərqlənib. Daha bir qolu isə 33-cü dəqiqədə rəqib qapısından penalti zərbəsu ilə Leandro Daniel Paredes keçirib.
Qeyd edək ki, fasilədə Lautaro Martinis əvəzlənib. Argentinanın baş məşqçi Lionel Skaloni deyib ki, bu, əvvəlcədən nəzərdə tutulmuş dəyişikıik olub: “Düzdür, onu haqsızlıq etdiyimizi düşünə bilərlər. Amma onun müəyyən ağrıları vardı”.
XƏBƏR LENTİ
2025/11/19 14:22

