23 nəfərin toya girişinə İCAZƏ VERİLMƏYİB

Avqustun 30-da Daxili İşlər Nazirliyinin, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 9 toy şənliyinin monitorinqini həyata keçirib. Daxili İşlər Nazirliyindən Minval.info-ya verilən məlumata görə, monitorinq 4 şadlıq sarayında, 5 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib. Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə:
– 5 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub;
– 23 nəfər “COVID-19” pasportu olmadığına görə şənliyə buraxılmayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

