Gənc qrup konsert verdi
Tanınmış gənc musiqiçilər Röya Miriyeva və Rizvan Əliyev konsert verib.
Minval.info xəbər verir ki, ABŞ-də yaşayan cütlüyün Bakı konserti “2000-lər” konseptində olub.
Gecədə ötən illərə məxsus hitləri səsləndirən ifaçıları dostları da tək qoymayıb. Konsertdə səhnəyə reper Orxan Zeynallı, müğənnilər Nadir Rüstəmli və Mərdan Kazımov da çıxıb.
1000-dən çox insanın iştirak etdiyi tədbir rəngli görüntülərə səhnə olub.
XƏBƏR LENTİ
2025/11/19 14:22





