“24 nəfəri çıxara bildik, qalanları yanıb öldü”

Xəstələrin ölümünə səbəb olan yanğın hadisəsi ilə bağlı məhkəmə davam edir.

Bakı Ağır Cinayətlər Məhkəməsində Narkoloji Mərkəzdə baş verən yanğınla bağlı həbs edilənlər – Mərkəzin direktoru Telman Məmmədhəsənov, 2-ci müalicə şöbəsinin müdiri Azad Ələkbərov və Mərkəzin əməyin təhlükəsizliyi üzrə mühəndisi, yanğın təhlükəsizliyinə cavabdeh şəxs Mahir Abdullayev, yanğını törətməkdə təqsirləndirilən Məhəmməd Məmmədov və onun həkimi, şöbə müdiri Afət Məmmədovanın məhkəməsi keçirilir.

Minval.İnfo xəbər verir ki, hakim Azər Paşayevin sədrlik etdiyi məhkəmə prosesdə şahid qismində Amid Ağayev ifadə verib.

Ağayev Narkoloji Mərkəzdə sanitar vəzifəsində çalışdığını bildirib.

O, mərkəzdə xəstələrə qulluq etdiyini söyləyib: “Onlar yıxılanda qaldırıram, qaçmaq istəyəni qoymuram, tibb bacısı xəstələrə iynə vuranda yanında oluram. Mərkəzdə bir gün işləyirəm, iki gün isə istirahətdə oluram. Hadisə baş verən gün də işdə idim”.

Təqsirləndirilən Məhəmməd Məmmədovu tanıdığını deyən şahid qeyd edib ki, hadisə vaxtı Narkoloji Mərkəzdə 55 xəstə olub: “Həmin gün orada növbədə Tural həkim, tibb bacılarından isə Şəlalə xanım idi. Səhərə yaxın kimsə yanğın baş verdiyini dedi. Çölə çıxdım, 15-ci otağın qapısının qabağında 3 nəfər dayanmışdı. Onlardan birinin adı Şahin idi. Digərlərinin adı yadımda deyil. Otağın sağ tərəfi yanırdı. Çöldə yanğın-söndürən balonunu götürüb gətirdim. Nail, Rasim digər xəstələri oyatdı. Tural həkim isə FHN-nə zəng etdi. Yanğın 15-ci otaqdan başlamışdı, sürətlə də gedirdi. Xəstələri girib otaqdan çıxartdım. Sonuncu dəfə gedəndə yolu səhv saldım, ayağımın altında xəstə var idi. Həmin xəstənin əllərindən tutub çölə çıxartdım. Hadisədən sonra sağ qalan xəstələri saydıq – 24 nəfər idi. Qalanları içəridə yanıb öldü. Hadisə zamanı Məhəmmədi orada görmədim”.

Suallara cavab verən A.Ağayev söyləyib ki, təqsirləndirilən M.Məmmədov mərkəzdən çıxıb getmək istəyirmiş: “Onunla söhbət edəndə oğlundan danışırdı. O, ailəsi tərəfindən tərk edildiyini deyirdi. Hadisədən sonra eşitdim ki, Məhəmməd guya buranı yandırmaq istədiyini deyirmiş. Amma şəxsən onun ağzından eşitməmişəm. Həmin zaman elə xəstələr var idi ki, onların vəziyyətləri ağır idi deyə, yuxudan qalxa bilmirdilər. Onları günclə sürüyüb, çölə çıxarırdım. Hər şey gözümün qabağında oldu.

Qeyd edək ki, 2018-ci il martın 2-də Bakı şəhərinin Xətai rayonu ərazisində yerləşən Respublika Narkoloji Mərkəzində çoxsaylı insan tələfatı ilə nəticələnən yanğın baş verib.

Narkoloji Mərkəzdə “alkoqol qəbulu nəticəsində psixi və davranış pozuntuları” diaqnozu ilə müalicə alan Bakı şəhər sakini Məhəmməd Məmmədov 2018-ci il mart ayının 3-də həmin cinayətdə şübhəli şəxs qismində tutulub. İlkin dindirmə zamanı cinayəti törətdiyini etiraf edən M.Məmmədov ailə üzvlərinin ona qərəzli münasibətinə etiraz əlaməti olaraq və Narkoloji Mərkəzdə müalicə almaq istəmədiyinə görə intihar etmək qərarına gəldiyini bildirib. Bu məqsədlə mart ayının 2-si saat 06 radələrində qaldığı palatada yorğana bürünərək onu alışqanla yandırdığını, alov gücləndikdə özünü öldürmək niyyətindən daşınıb yanan yorğanı çarpayısının üstünə atdığını, alovun digər palatalara keçməsindən qorxduğu üçün şöbənin qapısı açılan kimi Mərkəzi tərk etdiyini göstərib.

M.Məmmədov Cinayət Məcəlləsinin 120.2.4-cü (ümümi təhlükəli üsulla qəsdən adam öldürmə), 120.2.7-ci (iki və ya daha çox şəxsi öldürmə), 120.2.9-cu (köməksiz vəziyyətdə olan adamı öldürmə) və 186.2.2-ci (yandırmaqla özgə əmlakını qəsdən məhv etmə) maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilərək barəsində məhkəmənin qərarı ilə həbs qətimkan tədbiri seçilmiş, eləcə də kompleks məhkəmə psixiatrik, psixoloji və narkoloji ekspertizalar təyin olunub.

Daha sonra Respublika Narkoloji Mərkəzin direktoru Telman Məmmədhəsənov, şöbə müdiri Azad Ələkbərov və mühəndis Mahir Abdullayev barəsində saxlanılıb və barələrində məhkəmə qərarı ilə üç ay müddətinə həbs qətimkan tədbiri seçilib.

Hər 3 şəxs barəsində CM-nin 225.2 (yanğın təhlükəsizliyi qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə və ya digər ağır nəticələrə səbəb olduqda) və 308.2 (vəzifə səlahiyyətlərindən sui-istifadə – ağır nəticələrə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.

Şöbə müdiri A.Ələkbərovun səhhətində problemlər olduğu üçün onun cinayət işi ayrıca icraata ayrılıb. O, ürəyindən əməliyyat olunub.

Qeyd edək ki, bu iş üzrə ölənlərlə yanaşı 29 yaralı da var və onlar zərərçəkmiş kimi tanınıb.

Minval.İnfo

Ölkə

Nəşr edilib: 2018/10/05 19:05

Baxış: 375


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06