27 saat liftdə qalan qadını şərab xilas elədi
İtaliyanın Paduya şəhərinin sakini xarab olmuş liftdə 27 saat qalmalı olub. O, bu müddətdə şərabın sayəsində sağ qalıb. Bu barədə İtaliyanın “Corriere del Veneto” qəzeti məlumat yayıb.
Bizimyol.info xəbər verir ki, hadisə iyunun 28-də səhər saat 9.30 radələrində baş verib. Qadın blokun qapısında dayanan xadimənin yanına gedib, əlindəki yeşikdə olan şərabları zirzəmiyə qoymaq istəyirmiş. Lift hərəkətdə olarkən qəfildən dayanıb. Düymələr arasında qəza düyməsi də işləməyib. Mobil telefonunu da üstündə götürməyib ki, kimisə köməyə çağırsın. Xadimə ilə qulaqcıqla musiqiyə qulaq asa-asa işlədiyindən liftdəki qadının səsini eşitməyib.
Həmin gün küçədə temperatur 30 dərəcə olub. Bu üzdən ehtimal edilir ki, liftdə də istilik 50 dərəcəyə çatmış olardı.
Liftdən çıxarılandan sonra qadın danışıb ki, səsinin eşidilmədiyini, özünü pis hiss etdiyini görüb, əlində olan şərab şüşələrindən birinin başını sındırıb, az-az içməyə başlayıb.
Üstündən bir sutka keçəndən sonra qadını qızı tapıb. Qız görüb ki, anası telefonlara cavab vermir, narahat olub. Onu axtaranda liftdən səs eşidib, dərhal fövqəladə hallarla bağlı idarəyə zəng eləyib. Əməkdaşlar gəlib sərxoş qadını xilas ediblər.


