3 bacının yeganə qardaşı özünü asdı – FOTO
Bu gün günorta saatlarında Salyan şəhərinin “Plastik” yaşayış massivində intihar hadisəsi baş verib.
Minval.İnfo-un virtualaz.org-a istinadən məlumatına görə, Ə.Quliyev küçəsindəki 5 mərtəbəli binanın sonuncu mərtəbəsində yaşayan 24 yaşlı Vüsal Nabil oğlu Abbasov özünü binanın çardağından asmaqla intihar edib.
Vüsal Abbasov ailədə 3 bacının yeganə qardaşı olub, rəngsaz işləyirmiş. Hələlik hadisənin hansı səbəbdən baş verdiyi müəyyən edilməyib. Hazırda hadisə yerinə hüquq-mühafizə orqanlarının əməkdaşları gəlib.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

