30-a yaxın belçikalı hələ də Hitlerin onlara kəsdiyi pensiyanı alırmış

Belçikanın 27 vətəndaşı Adolf Hitler tərəfindən “sədaqət və itaət”ə görə təyin olunan pensiyanı hələ də alırmış.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu maraqlı məlumat yerli “De Morgen” qəzetində verilib.

Qəzetin yazdığına əsasən, Almaniyadan gələn əlavə ilə həmin qocalar 425 avrodan 1275 avroya qədər pul alırlar.

Hələ 1941-ci ildə kəsilən bu pensiyaların alıcıları faşist Almaniyası üçün 2-ci dünya savaşında vuruşan nasistlər və ya onların vərəsələridir. Ən çox pulu alanlar faşistlərlə əməkdaşlıq etdiyinə görə həbs həyatı yaşayan və ya Almaniyanın işğalından sonra vətəndaşlıq alan, habelə Vermaxtın tərkibində döyüşən şəxslərdir.

Almaniya 3-cü reyxin varisi olaraq Hitler pensiyalarını hələ də ödəməyə və faşist rejiminin sosial xərclərini boynuna götürməyə məhkum qalıb.

Bütün bunlar Belçika parlamentinin üzvlərini qəzəbləndirib. Onlar situasiyanın diplomatik yolla düzəldilməsini və pensiyaların kəsilməsini tələb ediblər. Bundan başqa, deputatları keçmiş nasistlərin vergidən yayınması da narahat edib.

Qeyd olunur ki, “Hitler”pensiyalarını alan belçikalılar haqqında ilk məlumat cəmi 3 il əvvəl yerli mətbuatda peyda olub.

Həmin vaxt Belçika hökuməti məsələnin Almaniya sosial təminat orqanlarının səlahiyyətində olduğunu bildirmişdi.

Qeyd olunur ki, Almaniya İkinci dünya müharibəsində Belçikaya soxulana qədər ölkə bitərəf statusda olub. 1940-cı ilin mayında isə kral III Leopoldun əmri ilə Belçika faşisltər qarşısında təslim edilib. Belçikanın faşistləri isə “SS”in iki tüməninin tərkibində xidmət göstəriblər. Sonradan onların bir çoxu həbs cəzası alıb.

Dünya

Nəşr edilib: 2019/02/21 17:01

Baxış: 262


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06