30 yaşlı oğlan özünü 9-cu mərtəbədən atdı
Sumqayıtda intihar hadisəsi baş verib.
Minval.İnfo APA-ya istinadən xəbər verir ki, hadisə şəhərin 17-ci mikrorayonunda qeydə alınıb. Şəhər sakini, 1990-cı il təvəllüdlü Məmmədov Sadiq Çingiz oğlu yaşadığı binanın 9-cu mərtəbəsindən özünü atıb.
Nəticədə o aldığı xəsarətdən hadisə yerindəcə ölüb.
Məlumat görə, 30 yaşlı S.Məmmədov 10 il əvvəl avtomobil qəzası keçirib və fiziki məhdudiyyətli olub. İntiharın səbəbləri bilinmir.
Faktla bağlı araşdırma aparılır.
XƏBƏR LENTİ
2025/11/19 14:22

