31 yaşlı kişi özünü 9-cu mərtəbədən atdı
Bakının Yasamal rayonunda intihar hadisəsi baş verib.
Minval.info-nun “Report”a istindaən xəbərinə görə, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.
1987-ci il təvəllüdlü Vəliyev Nicat Rəfael oğlu özünü yaşadığı binanın 9-cu mərtəbəsindən yerə atıb. Nəticədə o, hadisə yerində dünyasını dəyişib.
Faktla bağlı Yasamal Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 125-ci (özünü öldürmə həddinə çatdırma) maddəsi ilə cinayət işi başlanılıb, araşdırma aparılır.
N.Vəliyev ruhi əsəb xəstəliyindən əziyyət çəkirmiş.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

