İcra başçısı türkiyəli müğənniyə torpaq hədiyyə etdi
Şəki şəhər İcra Hakimiyyətinin başçısı Elxan Usubov türkiyəli müğənni Petek Dinçözə torpaq sahəsi hədiyyə edəcək.Minval.info xəbər verir ki, bu barədə sənətçi “ATV maqazin onlarla” proqramına açıqlamasında bildirib.
Bir ayağı Azərbaycanda bir ayağı Türkiyədə olan müğənni icra başçısının ona söz verdiyini vurğulayıb: “Bunun müjdəsini verim. İcra başçısı sayəsində, onun verdiyi söz sayəsində torpaq sahibi olacam. Həmin ərazidə ev tikdirəcəm. Yay aylarında bura gələcəm”.
Qeyd edək ki, Petek Dinçöz Şəkidə konsert verib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

