35-ci dairədə neçə Rauf var? – rəqiblərinin Arifoğluna qarşı oyunu… (FOTO)
Yeni Müsavat qəzetinin təsisçisi Rauf Arifoğlunun (Abbasov) dairəsi – 35 saylı Xətai Seçki Dairəsindən namizəd olan şəxslərin siyahısı açıqlandıqdan sonra maraqlı fakt ortaya çıxıb.BakuPost xəbər verir ki, namizədliyi irəli sürülən 5 nəfərdən 3-nün soyadı Abbasovdur. Hətta onlardan ikisinin isə adı və soyadı eynilik təşkil edir – Rauf Abbasov .
Namizədlərin siyahısını təqdim edirik:
Abbasov Arzu Mirsalah oğlu
Abbasov Rauf Arif oğlu
Abbasov Rauf Çərkəz oğlu
Ağa-zadə İqbal Fehruz oğlu
Dadaşov Səlim Nadir oğlu
Güman edilir ki, Rauf Arifoğlunun(Abbasov) rəqibləri sırasında üç nəfər eyni soyadlı, iki nəfər eyni ad-soyadlı şəxsin olması təsadüfü deyil.
İndiyə kimi Azərbaycanda seçkilərdə səslərin parçalanması üçün analoji taktikadan bir neçə dəfə istifadə olunması cəmiyyətə məlumdur.

XƏBƏR LENTİ
2025/11/19 14:22

