7-ci sinif şagirdinin təhqir edildiyi məktəbin direktoru danışdı

“Müəllim Sevinc Əzimova ilə arasında yaşanan insidentlə bağlı məktəbimizin 7-ci sinif şagirdi ilə həm məktəbin psixoloqu, həm də mən özüm söhbət eləmişəm. Uşağın valideynləri də polisdəki şikayətlərini geri götürüb, gəlib məktəbdə müəllimlə də danışıb, barışıblar”.

Bunu Bakupost.az-a açıqlamasında 205 saylı orta məktəbin direktoru Xoşqədəm Bağırova deyib.

Direktor bildirib ki, 7-ci sinif şagirdinin valideynləri məsələ ilə bağlı onlara şikayət etdikdən sonra dərhal məktəbdə müəllim və valideynlərin də iştirakı iclas keçiriblər: “Biz məktəb daxilində həm müəllim, həm də bu məsələdə adı çəkilən şagirdimizlə bağlı bütün tədbirləri gördük. Uşağımızla məktəbin psixoloqu da söhbət etdi. O özü də narahatdır ki, bu məsələ necə olub, mətbuata çıxıb”.

X.Bağırova onu da deyib ki, sözügedən məsələ ilə bağlı müəllim Sevinc Əzimova tənbehlənib, ona bu barədə xəbərdarlıq edilib.

Həmçinin oxu: Bakıda müəllim şagirdi vuraraq hədələyib, şikayəti polis araşdırır – Foto

Təhsil

Nəşr edilib: 2019/04/25 22:02

Baxış: 709


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06