7 ildən sonra ayrıldılar

Hollivud ulduzu Liv Tayler 7 ildir münasibətdə olduğu Dayv Qardnerlə ayrılıb.
MİNVAL.İNFO xəbər verir ki, hələ martda baş verən ayrılıq bu günlərdə ortaya çıxıb. Bunu gizli saxlamalarına səbəb isə övladlarını hər hansı mənfi təsirlə qarşı-qarşıya qoymaq istəməmələri olub.
Cütlük bundan sonra karyeralarına diqqət yetirmək istədiklərini bildiriblər.
Qeyd edək ki, Liv və Dayv 2014-cü ildən görüşməyə başlayıb, bir il sonra isə nişanlanıblar. Cütlüyün bu münasibətdən iki övladı var. Hər ikisinin əvvəlki münasibətlərindən bir oğlu var.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

