700 bal yığmaq vacibdir?

Bir neçə gün əvvəl qəbul imtahanının birinci mərhələsi tamamlanıb. Əvvəlki illərdə olduğu kimi, bu qəbul imtahanından sonra da cəmiyyətdə bir sıra müzakirələr başlayıb. Ötən illərdə olan müzakirələrin əsas obyekti 700 bal yığan abituriyentlər olsa da, bu il isə 700 bal yığa bilməyənlər daha çox gündəmdə olub. İstər-istəməz bunun səbəbləri ilə bağlı suallar yaranır. 

“Qafqazinfo” bu məqamda təhsil sahəsinin maraqlı simalarının mövqeyini öyrənib. Həmin açıqlamaları təqdim edirik:

ABŞ-ın Sirakuz Universitetində fizika üzrə fəlsəfə doktoru elmi dərəcəsi alan və hazırda ADA Universitetinin dosenti Gülməmməd Məmmədov

-Fikrimcə, bu il heç kimin 700 bal toplamamasını təhsilin keyfiyyətinin aşağı düşməsi kimi göstərmək əsassızdır. Bu hal təbii qarşılanmalıdır.

Yeni qəbul imtahanı sistemi haqqında tənqidi fikirlər səsləndirilir. Amma aparılan tədqiqatlar göstərir ki, qapalı suallara əsaslanan testlərdə toplanmış yüksək ballar heç də həmişə təhsil və karyera uğuru ilə nəticələnmir. Tədqiqatlar həmçinin abituriyentin universitet uğuru üçün onun orta məktəb qiymətlərinin standartlaşdırılmış test ballarından daha etibarlı göstərici olduğunu göstərir.

Qapalı testlər əvvəlcədən verilmiş düz və səhv cavablar arasında seçim etməni tələb edən düşüncə tərzini təşviq edir. Əzbərçiliyə yönəlik belə düşüncə tərzi təhsilin hədəfi olmamalıdır çünki real həyatda qarşılaşdığımız problemlərin mümkün həll yolları bizə əvvəlcədən seçim kimi verilmir. Problemlərin həlli üçün ən azı yaradıcı təfəkkür, kritik düşüncə və tapılmış həlli aydın və məntiqi ardıcıllıqla ifadə edə bilmə bacarığı tələb olunur. Təhsilimiz və biliyi qiymətləndirmə də bu tip tələblərə köklənməlidir. Bu baxımdan imtahanlara kompleks düşüncə və yanaşma tələb edən açıq tipli sualların salınmasını çox müsbət qiymətləndirirəm. Əminəm ki, yeni imtahan üsulu və onun gələcək təkmilləşmələri şagirdlərdə yaradıcı və kritik düşüncənin daha effektiv inkişaf etməsinə stimul verəcək.

San Jose State Universitetinin məzunu, “GoldenPay”in CEO-su Fərid İsmayılzadə 

 

-İndi şagird və tələbələrdən daha çox məntiqi düşünmə qabiliyyəti və buna bənzər digər yaradıcı qabiliyyətlər, bacarıqlar tələb olunmalıdır. Əzbərçilik üzərində qurulmayan imtahan sistemi və qiymətləndirməyə üstünlük verilməlidir.  Başqa ölkələrdə belədir.

İşə götürərkən kimsə diplom ya qəbul imtahanında topladığı bala görə qiymətləndirilmir.  Bunlar müasir dövrün tələblərinə uyğun deyil. İndi hər şeyi bilmək deyil, problemin həllinə yönəlik bacarıqlara malik olmaq tələb olunmalıdır. Süni intellektin inkişaf etdiyi bir dövrdə bizə başqa bacarıqlar lazımdır. 700 bal imtahan prosesində ölçü vahidi kimi qala bilər, amma mütləq deyil. Yüksək şişirdilmiş ballar yoxdursa, əzbərçilər yoxdursa, buna sadəcə sevinmək lazımdır. 700 balçılar yox, fərqli bacarıqları olanlar yetişdirilməlidir.

Oxford universitetinin məzunu, “ITCITY” şirkətinin təsisçisi Tural Əliyev  

 

-Yeni qəbul sistemi barədə səsləndirilən mənfi fikirlərlə tam razı deyiləm. Doğrudur, bu ilki qəbul imtahanının üstünlükləri çox olsa da, təbii ki, 27 illik imtahan sistemində birdən radikal  dəyişiklik etməyin dezavantajları da var idi.

Üstünlüklər isə o idi ki, əvvəlki illərdə abituriyentlər 3 saat ərzində bir imtahanı tamamlamalı idilərsə, yeni qəbul imtahanında tələbələrin bu cəhətdən yükləri iki hissəyə bölünmüş oldu.Təhsil prosesində əvvəllər ancaq qəbul imtahanının önəmi var idisə, indi artıq buraxılış imtahanı da önəmli rol oynamağa başladı. Kəmiyyət yox, keyfiyyət cəhətdən baxdıqda isə, sualların keyfiyyətində müsbət irəliləyiş oldu. Burada situasiya suallarına öyrənilmiş məlumatların real həyatda tətbiqi yönündən yanaşılmışdı. Azərbaycan dili fənni üzrə verilən suallar şagirdlərdə analiz etmə və analitik düşünmənin yoxlanılmasına yönəlmişdi. Ümid edirəm ki, gələn il üçün yeni qəbul sisteminin müsbət tərəfləri daha da çoxaldılacaq.

Təhsil eksperti Etibar Əliyev 

-Düşünürəm ki, bu il 700 bal toplayanların olmaması test suallarının məzmunu ilə bağlıdır. Təbii ki, imtahan salınan suallar asan ola bilməz, məktəb proqramının tələblərini aşmadan (kurilkulumlar bunu daha dəqiq aparmağa imkan verir) çətin sualların düşməsi təhsilə ziyan deyil. Çətin dedikdə, olimpiada suallarından, proqramı aşan tapşırıqlardan söhbət getmir. Normalda məktəb dərslərinin tələblərinə daxil olan və asan olmayan suallar nəzərdə tutulur. Bundan qorxmaq əvəzinə, nəzarət etmək lazımdır ki, əskinə, asan suallarla yüksək nəticə göstərənlər, ictimaiyyəti aldatmasın.

Mənim təhlillərimə görə, bu il sualların çətinlik səviyyəsi də dəyişməyib, onların keyfiyyətinin azalıb-artmasından da söhbət getmir, əsl səbəb doğrudan da, yeni tip sualların – açıq tipli sualların imtahana salınması ilə bağlıdır. Deməli, doğrudan da uşaqlarımız açıq tipli suallara cavab verməkdə çətinlik çəkir. 700 balların arxasında gizlənib, yalandan öyünməkdənsə, bu cür etiraf yaxşıdır. Gəlin öncədən razılaşaq ki, imtahanın başlıca nəticəsi 700 balların sayı ilə ölçülmür. Zatən 85 faizlik göstərici bütün dünyada əla kimi qiymətləndirilir. 700 bal böyük uğurdur, bu uşaqlar hər cür hörmətə və diqqətə layiqdir, amma çox istedadlı uşaqlar, o cümlədən olimpiada uğurları olan uşaqlar dünyanın hər yerində ümumi standart test imtahanlarında 100 faizlik nəticə göstərmir.

Təhsil

Nəşr edilib: 2019/06/03 14:32

Baxış: 312


XƏBƏR LENTİ

2026/05/01 12:49

2026/04/14 12:14

2026/04/11 23:19

2026/04/03 14:39

2026/04/03 11:51

2026/03/13 12:36

2026/03/12 17:37

2026/03/06 11:53

2026/03/02 11:43

2026/02/13 14:35

2026/02/06 14:54

2026/02/05 11:06

2026/01/19 14:05

2026/01/14 12:10

2026/01/05 12:30

2026/01/03 12:18

2025/12/23 11:58

2025/12/08 16:19

2025/12/03 21:31

2025/12/02 12:53

2025/11/21 16:26

2025/11/20 14:56

2025/11/19 17:35

2025/11/19 17:17

2025/11/19 16:38

2025/11/19 15:17

2025/11/19 15:12

2025/11/19 15:05

2025/11/19 14:59

2025/11/19 14:44

2025/11/19 14:33

2025/11/19 14:22

2025/11/19 14:11

2025/11/19 14:00

2025/11/19 13:45

2025/11/19 13:42

2025/11/19 13:39

2025/11/19 12:32

2025/11/19 12:30

2025/11/19 12:28

2025/11/19 12:21

2025/11/19 12:16

2025/11/19 12:08

2025/11/19 12:03

2025/11/19 12:02

2025/11/19 11:52

2025/11/19 11:48

2025/11/19 11:03

2025/11/19 10:25

2025/11/19 10:06