74 yaşlı qadın özünü öldürdü
Göygöldə intihar hadisəsi baş verib.
“Minval.info” APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Fadilli kəndində baş verib.
Kənd sakini 1944-cü il təvəllüdlü Məsimova Salatın Əşrəf qızı yaşadığı evdə özünü asaraq intihar edib. Onun xeyli vaxtdır ki xəstəlikdən əziyyət çəkdiyi bildirilir.
Faktla bağlı hüquq-mühafizə orqanları tərəfindən araşdırma aparılır.
Minval.info
XƏBƏR LENTİ
2025/11/19 14:22

