Tovuzda intihar hadisəsi baş verib.
Minval.info xəbər verir ki, hadisə rayonun Qovlar şəhərində qeydə alınıb.
1942-ci il təvəllüdlü Musayev Zülfüqar İslam oğlu evində özünü asıb.
Məlub olub ki, 76 yaşlı kişi xəstəlikdən əziyyət çəkirmiş.
Faktın təfərrüatını Tovuz rayon Prokurorluğu araşdırır.