8 Martda hava necə olacaq?
Martın 8-də gözlənilən hava şəraiti açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Minval.info-ya verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında sabah hava dəyişkən buludlu, yağmursuz olacaq.
Gecə və səhər bəzi yerlərdə duman olacaq. Mülayim cənub küləyi əsəcək. Havanın temperaturu gecə 6-9° isti, gündüz 10-15° isti olacaq. Bakıda gecə 7-9° isti, gündüz 13-15° isti müşahidə ediləcək,
Atmosfer təzyiqi normadan yüksək – 771 mm civə sütunu təşkil edəcək. Nisbi rütubət gecə 80-90 faiz, gündüz 50-55 faiz olacaq.
Azərbaycanın rayonlarında martın 8-də hava yağmursuz keçəcək. Gecə və səhər bəzi yerlərdə duman olacaq. Şərq küləyi əsəcək, arabir güclənəcək.
Havanın temperaturu gecə 4-9° isti, gündüz 15-20° isti, dağlarda gecə 1-5° isti, gündüz 10-15° isti olacaq.

