83 yaşlı kişi intihar etdi – Yenilənib

Göygöldə intihar hadisəsi qeydə alınıb.
“Minval.info” “Report”a istinadən xəbər verir ki, hadisə rayonun Xaqani kəndində qeydə alınıb. Kənd sakini olan ahıl kişi (ad və soyad dəqiqləşdirilir-red.) yaşadığı evin həyətində, nərdivandan özünü asaraq intihar edib.
İntiharın səbəbi məlum deyil.
Faktla bağlı araşdırmalara başlanılıb.
***
Əldə etdiyimiz məlumata görə, intihar edən şəxs Göygöl rayonu, Xəqani kənd sakini 1938-ci il təvəllüdlü Famil Musayevdir.
XƏBƏR LENTİ
2025/11/19 14:22

