9 şagirdinə qarşı cinsi zorakılıq edən müəllim özünü asdı – VİDEO
9 şagirdinə qarşı cinsi zorakılıq edən müəllim həbsxanada gecə geyimiylə özünü asaraq öldürüb…
Türkiyənin Dənizli şəhərindəki bir ibtidai məktəbin valideynləri məktəb rəhbərliyinə müəllimdən şikayət ediblər. Belə ki, Fərrux adlı müəllim valideynlər tərəfindən ibtidai sinifdə oxuyan 9 qıza qarşı cinsi zorakılıqda günahlandırılaraq həbs olunub.
Minval.info xəbər verir ki, cinsi istismara məruz qalan qızların valideynləri müəllimin bunu əllə etdiyini bildirib. Polislər tərəfindən yaradılan pedaqoq və psixoloq heyəti istismara məruz qaldığı iddia edilən qızlarla danışıblar.
Qızlar müəllimin onlara qarşı cinsi zorakılıq etdiyini təsdiqləyib. Şagirdlərdən biri: “Əl ilə zorakılıq edirdi. Pulumuzun olub-olmaması bəhanəsi ilə əlini cibimizə salırdı” – deyib.
Müəllim isə söylənilən ittihamları qəbul etməyib və səbs olunmasının səhəri günü özünü gecə paltarı ilə asaraq öldürüb.
Polis intiharın səbəblərini araşdırmağa çalışır.
Minval.info

