95 yaşlı kraliça sükan arxasında – Foto

Böyük Britaniyanın kraliçası II Yelizaveta paparatrsilərin hədəfinə tuş gəlib.
MİNVAL.İNFO xarici mətbuata istinadən xəbər verir ki, 95 yaşlı kraliça 2009-cu il istehsalı olan “Jaguar X-Type Estate” avtomobilinin sükan arxasında görüntülənib. O, nəqliyyat vasitəsində tək olub. Sözügedən maşın 2016-cı ildə kraliça və onun ailə üzvləri üçün alınıb.
Qeyd edək ki, bir neçə gün əvvəl Yelizavetanın həkimlərin məsləhəti ilə iki həftəlik istirahətə yollandığı deyilirdi.
NƏRMİNƏ AYDINQIZI
XƏBƏR LENTİ
2025/11/19 14:22

