Abbas Bağırovun köməkçisi həbs edildi – TƏFƏRRÜAT
Tanınmış müğənni Abbas Bağırovun köməkçisi işləmiş Mehrəliyev Orxan Bayram oğlu həbs edilib.
“Minval.info” xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata görə, O.Mehrəliyev külli miqdarda dələduzluqda təqsirli bilinir. Cinayət işi üzrə zərərçəkmiş şəxslərdən biri Abbas Bağırovun özüdür.
Belə ki, Orxan Mehrəliyev müğənninin etibarından sui-istifadə edərək, ona məxsus Yasamal Rayonun Şahbazi küçəsində yerləşən dəyəri 35 min manat olan torpaq sahəsini ələ keçirib.
Bundan sonra A.Bağırov köməkçisi barəsində hüquq-mühafizə orqanlarına müraciət edib.
Qeyd edək ki, dələduzluq faktı üzrə dörd nəfər zərərçəkmiş şəxs var.
XƏBƏR LENTİ
2025/11/19 14:22

