Abbasov ermənini məğlub etdi
Minval.info// Rumıniyanın paytaxtı Buxarestdə keçirilən güləş üzrə Avropa çempionatı davam edir.
Beşinci yarış günündə yunan-Roma güləşi üzrə yarışa start verilib. Bu gün 55, 63, 77, 87 və 130 kq-da çıxış edən güləşçilər mübarizə aparır.
Dünya və Avropa çempionu Eldəniz Əzizli ilk görüşündə serb güləşçini cəmi 1 dəqiqə 54 saniyəyə məğlub edib.
Taleh Məmmədov təsnifat mərhələsində Moldova təmsilçisindən güclü olub.
Elvin Mürsəliyev ilk mərhələdə alman həmkarına müqavimət göstərə bilməyib.
İslam Abbasov startda çətinliklə də olsa, alman rəqibinə qalib gəlib. Yığma üzvü 1/8 finalda olimpiya çempionu ilə üz-üzə gəlib. Ancaq rəqibindən çəkinməyən Abbasov Rusiya təmsilçisini də məyus edərək 1/4 finala vəsiqə qazanıb.
Sabah Şəriəti debütdə Çexiya pəhləvanı üzərində inamlı qələbə qazanıb.
55 kq
Təsnifat – Eldəniz Əzizli – Sebastyan Kolompar (SRB) 9:0
1/4 final – Eldəniz Əzizli – Nuqzari Tsurtsumia (GEO) 9:0
63 kq
Təsnifat – Taleh Məmmədov – Donior İslamov (MDA) 8:3
1/4 final – Taleh Məmmədov – Mihay Radu Mihut (ROU)
77 kq
Təsnifat – Elvin Mürsəliyev – Roland Şvarts (GER) 0:6
87 kq
Təsnifat – İslam Abbasov – Denis Kudla (GER) *1:1
1/8 final – İslam Abbasov – David Çakvetadze (RUS) 2:1
1/4 final – İslam Abbasov – Maksim Manukyan (ARM) 6:1
130 kq
Təsnifat – Sabah Şəriəti – Stepan David (CZE) 7:1
1/8 final – Sabah Şəriəti – Rza Kayaalp (TUR)

