Abituryentlərin elektron ərizə qəbulu başa çatdı –ŞƏKİL
2018-2019-cu tədris ili üçün ali məktəblərə qəbul olmaq istəyən abituryentlərin ixtisas seçimi üçün elektron ərizə qəbulu başa çatdı.
Minval.info xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədovun sosial media hesabında mətumat verib.
Eskpertın paylaşdığı məlumata görə, hal hazırda DİM tərəfindən həyata keçrilən bakalavriat səviyyəsi üzrə ali təhsil müəssisələrinə elektron ixtisas seçimi ərizələrinin sayı, müsabiqəyə buraxılanlar və plan yerlərində son vəziyyət belədir.
I qrup 13307 (Az bölməsi), 1294 (rus bölməsi), 14601 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 16649 nəfər) (Plan yeri 14475)
II qrup 9907 (Az bölməsi), 1052 (rus bölməsi), 10959 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 11698 nəfər) (Plan yeri 13395)
III qrup 11486 (Az bölməsi), 900 (rus bölməsi), 12386 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 14143 nəfər) (Plan yeri 10601)
IV qrup 3295 (Az bölməsi), 307 (rus bölməsi), 3602 (cəmi) (Müsabiqəyə buraxılanların sayı 4079 nəfər) (Plan yeri 3315)
I-II-III-IV qruplar üzrə 37995 abituriyent Azərbaycan bölməsi üzrə, 3553 rus bölməsi üzrə, ümumilikdə 41548 abituriyent electron ərizəsində ixtisas seçimi edib.
V qrup 3190 (Az bölməsi), 401 (rus bölməsi), 3591 (cəmi)
Bütün ixtisas qrupları üzrə hal-hazırda olan məlumata görə 41184 abituriyent azərbaycan bölməsi, 3954rus bölməsi, ümumilikdə 44815 abituriyent (54733 abituriyent müsabiqəyə buraxılmışdı) ixtisas seçimini edərək elektron ərizəsini təstiq edib (Ali məktəblərin plan yerinin sayı 45159 yerdir).

Əcəmi Əsədulla/Minval.info

