ABŞ 3 ölkəni dağıdıb, İŞİD-i yaratdı – Puşkov
ABŞ İraq, Liviya, Suriyanı dağıdıb, İŞİD-i yaradıb.
Axar.az xəbər verir ki, bu sözləri Tvitter səhifəsində rusiyalı senator Aleksey Puşkov paylaşıb.
“ABŞ Konqresinin 400 nümayəndəsi, təxminən 75%-i ABŞ Prezidenti Donald Trampa açıq məktub göndərərək, Rusiya və İranın zəiflədilməsi məqsədiylə Suriyaya müdaxilənin gücləndirilməsinə çağırış ediblər. ABŞ İraq, Liviya, Suriyanı dağıdıb və İŞİD-i yaratdı, amma hələ də başqa ölkələrdə hərbi fəaliyyətlər aparmaq istəyir. Bu da ABŞ-ın liderliyidir”, – deyə o bildirib.
XƏBƏR LENTİ
2025/11/19 14:22

