ABŞ-da bir ailənin bütün üzvləri cinsiyyətini dəyişdirdi — FOTOLAR

ABŞ-ın Arizona ştatının Kvin Krik şəhərində yaşayan ailə rəsmi olaraq transseksual adlandırılır.
“Ölkə.Az” xəbər verir ki, qadın və onun iki övladı hələlik cinsiyyətini dəyişdirmək üçün əməliyyat olunmayıb. Amma artıq gender rollarını əks olaraq dəyişiblər. Harrot soyadlı 41 yaşlı qadın özünü hər zaman kişi hiss edib və artıq adını Deniel olaraq dəyişib.
Hər şey bir il əvvəl başlayıb. Ailənin 13 yaşlı oğlu Coşua cinsiyyətini dəyişdirdiyini və qız olmaq qərarına gəldiyini bəyan edib. Bundan sonra isə 11 yaşlı Meyson da oğlan olmaq qərarına gəldi.
Bundan sonra Deniel Harrot 61 yaşlı Şirli Ostinlə tanış olub. Şirli keçmişdə kişi olub və cütlük evlənmək qərarına gəlib. Hazırda Harrot ailəsinin hər üzvü əmindir ki, öz bədənlərində doğulmayıblar və hazırda əvvəldən olmalı olduqları insana çevriliblər. Bu əminlik onlarda rəsmi tanınmaya qədər davam edib.
Coşua deyib:
“Mənim 6-7 yaşım olanda qız olmaq istədiyimi başa düşdüm. Saçlarımı uzatdım. Xəstə olduğum üçün əlil arabasında gəzirəm. Amma əminəm ki, indi qız olduğum üçün daha yaxşıyam”.
Deniel bildirir ki, yəqin ki, bu, uşaqlara genetik vasitə ilə keçib. Çünki onun bacısı və nənəsinin də gender problemi olub və onlar transvestit olublar.
Deniel uzun illər qadın kimi yaşayıb. O, bir kişi ilə nikahda olub və iki övlad dünyaya gətirib. Amma bu illər ərzində özünü bədbəxt hiss edib. Amma bir il əvvəl Coşua qız olduğu barədə xəbəri verəndə, Harrot artıq belə yaşamağın mümkün olmadığını deyib.
Meyson da Coşuadan sonra oğlan olmaq istədiyini deyib. O, saçlarını kəsdirib və oğlan paltarı geyinməyə başlayıb.





