ABŞ-da güclü zəlzələ olub
ABŞ-ın Kaliforniya ştatında 5,6 bal gücündə zəlzələ olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə Amerika Geoloji Araşdırmalar Mərkəzi məlumat yayıb.
Zəlzələ Petrolia bölgəsinin 5 kilometr cənub-qərbində meydana gəlib. Təkanlar 9,5 kilometr dərinlikdə qeydə alınıb. Tələfat barədə məlumat yoxdur.
XƏBƏR LENTİ
2025/11/19 14:22

