ABŞ-da internatda partlayış – Ölən və yaralananlar var
ABŞ-ın Men ştatının Farminqton şəhərində internat binasında qaz partlayışı olub.
“Qafqazinfo” xarici KİV-ə istinadən xəbər verir ki, bir nəfər yanğınsöndürən ölüb, 7 nəfər yaralanıb. Yaralananlar yanğınsöndürənlər və təcili yardım işçiləridir. Partlayışa səbəb propan qazının sızması olub.
Şəhərin qubernatoru Canet Millz partlayışın nəticələri aradan qaldırılanadək insanları partlayış zonasından uzaqlaşmağa çağırıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

