ABŞ-da universitetə silahlı hücum zamanı 3 nəfər ölüb
ABŞ-ın Virciniya ştatında eyniadlı universitetin tələbə yataqxanasına silahlı hücum olub.
APA CNN-ə istinadən xəbər verir ki, hücum nəticəsində 3 nəfər ölüb, 2 nəfər isə yaralanıb. Hücum edən şəxsin tələbə Kristofer Darnel Cons olduğu bildirilib.
Polis silahlı şəxsi saxlamaq üçün genişmiqyaslı əməliyyata başlayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

