ABŞ-dan Bəşər Əsədə ciddi mesaj
ABŞ Bəşər Əsəd hökumətinin Suriyanın şimal-şərq hissəsinə nəzarəti bərpa etməsinin əleyhinədir.
Oxu.az-ın xəbərinə görə, belə bir bəyanatla Münhen Təhlükəsizlik Konfransında ABŞ dövlət katibinin Suriya üzrə xüsusi nümayəndəsi Ceyms Ceffri çıxış edib.
“Şimal-şərqdəki məqsədlərimiz dəyişməyib. Onlar bölgədə təhlükəsizliyin qorunub saxlanmasını nəzərdə tutur. Konkret olaraq bu o deməkdir ki, biz Əsəd rejiminin ora qayıtmasını istəmirik. Çünki bu rejim sabitliyə xidmət etmir”, – deyə o vurğulayıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

