ABŞ dünya çempionu oldu
Fransada keçirilən qadınlar arasında dünya çempionatı sona çatıb.
Oxu.Az xəbər verir ki, mundialın həlledici görüşündə ABŞ və Hollandiya yığmaları üz-üzə gəlib.
Görüş amerikalıların 2:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Meqan Rapino və Rouz Levl ABŞ-ı çempion edən qollara imza atıblar.
Dünya üçüncülüyünü isə İngiltərəni 2:1 hesabı ilə məğlub edən İsveç yığması qazanıb.
XƏBƏR LENTİ
2025/11/19 14:22

